Merkel dönər hazırladı

Almaniya kansleri Berlində keçirilən ənənəvi yay şənliyinə qatılıb.
Angela Merkel dönər hazırlayarkən
Angela Merkel dönər hazırlayarkən

Almaniyana kansleri Angela Merkel paytaxt Berlində keçirilən ənənəvi yay şənliyinə qatılıb. ANS PRESS-in məlumatına görə, gəzinti zamanı alman lider bir dönər dəzgahının başına keçərək dönər hazırlamağa çalışıb.

Daha sonra dönərçilərdən özü üçün bir dönər hazırlamasını istəyən Merkel hazırlanmış dönər və salatı yedikdən sonra işçilərin xahişini yerinə yetirərək onlarla şəkil də çəkdirib.

Dönər şirkətinin rəhbəri ilə söhbət edən Merkel ondan dönərin hansı ətdən hazırlandığını soruşub. Sonra çox bəyəndiyini və sevərək yediyini söyləyərək oradan uzaqlaşıb.

Angela Merkel dönər yeyərkən
Angela Merkel dönər yeyərkən

Daha sonra jurnalistlərin suallarını cavablandıran Merkel çıxışında Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı danışaraq, ittifaqda yeni müqavilələrlə bağlı nəzəri müzakirələrin aparılmamasını istəyib.

"Öz ev tapşırıqlarımızı yerinə yetirməliyik"-deyən Merkel insanların iqtisadiyyatın inkişaf etməsini və yeni iş yerlərinin artırılmasını gözlədiyini qeyd edib.

Gələcəyi daha çox düşünməyin vacibliyini vurğulayan Merkel "Dünya yatmır. Durmadan dəyişir. Başqa ölkələr də rifah içində yaşamaq istəyir. Buna görə daha da sürətlənməliyik"- deyə bildirib.

Merkel iş adamlarına gənclərə yeni iş imkanları vermələri və miqrantlara kömək etmələri üçün də çağırış edib.

Angela Merkel dönər hazırlayarkən
Angela Merkel dönər hazırlayarkən
 

Şərhlər