Canlı efirdə sehrbazın göstərdiyi tryuk uğursuz alındı

Verilişin aparıcısının əlinə mismar girdi.
Canlı yayımda aparıcının zədələnməsi
Canlı yayımda aparıcının zədələnməsi

Polşada sehrbazın canlı yayımda göstərdiyi tryuk uğursuzluqla nəticələnib. ANS PRESS-in məlumatına görə, sehirbazın göstərmək istədiyi illuziyada aparıcının əli deşilib.

Polşa telekanalının canlı efirində sehrbaz "ecazkar" nömrə göstərərək, kağız paketlərdən birinin içinə şaquli qoyulmuş mismar gizlədib. O, kağızları qarışdırıb. Daha sonra sehirbaz kağızlardan birini əli ilə partladıb və əli salamat qalıb.

O, növbəti dəfə aparıcı Marzena Rogalskanın əlini kağızlardan birinə vurub və əmin olub ki, onun da əli salamat qalacaq. Lakin qəfildən aparıcı qışqırmağa başlayıb. Çünki mismar aparıcının əlinə girib.

Verilişin prodüsseri bildirib ki, aparıcı dərhal tibbi yardım üçün müraciət edib.

 

Şərhlər