Cahilliyin qurbanı olan insanlar (FOTO)

Tanzaniyada Albinoslar “heyvan” kimi pul müqabilində ovlanır.
Dərisi, saçları, kirpikləri, demək olar ki, bütün bədəni ağ olan insanlara yəqin ki, rast gəlmisiniz. Bu insanlar bəzən cəmiyyətdə qəbul olunmur və onlara xəstə insan kimi münasibət göstərilir. Əslində bu insanlar tam olaraq xəstə adlandırmaq da doğru olmaz. Düzdür, bu, xəstəlikdir, amma albinizm qripdən də təhlükəsizdir. Çünki o toxunmaqla, ya da hər hansı bir təmasla keçən, yayılan bir şey deyil. Albinizm dəriyə, saça, gözə rəng verən boya maddəsinin yoxluğundan qaynaqlanan genetikdir.

ANS PRESS sizə albinosların məruz qaldığı vəhşiliklər haqda məlumat verir.

Albinoslar dünyanın bir çox ölkələrində yaşayırlar. Həddindən artıq azsaylı olsalar da dünyada ən qəddar basqılara məruz qalan insanlardır. Cahil insanların düşüncə tərzinə görə albinosların bədən üzvlərindən uğur gətirən talismanlar hazırlamaq olar. Cadugərlər onların uğur gətirdiyini söyləyərk əksər savadsız və batil inanclara aldanan insanları yoldan çıxarırlar. Belə halların geniş vüsət aldığı ölkə isə Tanzaniya hesab olunur. Tanzaniyada hər 1400 insandan biri albinos doğulur. Albinoslar daha çox ölkənin uzaq bölgələrində dünyaya gəlirlər.

Bu ölkə "albinosların cəhənnəmidir" deyilsə yəqin ki, yanlış olmaz. Tanzaniyada albinoslar “heyvan” kimi pul müqabilində ovlanır. İnsanlar albinosun hər hansı bədən üzvünə sahib olmaq üçün 3000-4000 dollar, bütün bədəninə sahib olmaq üçünsə 75000 dollar ödəməlidirlər.



Mviqulu Matonange adlı albinos məktəbli yaşadığı dəhşəti belə nəql edir: "10 yaşında məktəbdən evə gedərkən iki nəfər onun üstünə hücum çəkib. Canilər onun sol əlini kəsərək qazandıqları “qənimətlə” meşəyə qaçıblar. Mviqulu bir daha caniləri görməyib. Məni qurbanlıq qoyun kimi tutaraq, qolumu kəsdilər”.



Tanzaniyada bu, ilk dəfə deyil. Məsələn, 38 yaşlı albinos qadına gecə ikən əri və daha 4 kişi bıçaqla hücum çəkib. Səkkiz yaşlı qız atasının yataq otağından anasının qanlı əlini aparmasına şahid olub.



Qərbdə isə 20 mindən bir insan albinos kimi doğulur. Afrikada ölü albinosların qəbri dağıdılaraq, onların bədən üzvləri kəsilərək götürülür.

Albinizmə nəinki insanlar, heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə, 10000 heyvandan biri albinosdur.