Rza Zərrab 25 milyon dollara əkiz villa aldı

Rza Zərrab həyat yoldaşı müğənni Ebru Gündeşlə birlikdə tezliklə yeni əkiz köşkə köçəcək
Korrupsiya və rüşvət əməliyyatı ilə bütün Türkiyənin tanıdığı Rza Zərrab 25 milyon dollara 2 köşk satın alıb.

ANS PRESS-in məlumatına görə, Rza Zərrab 17 dekabr əməliyyatında Kanlıcadakı villasından səhər saatlarında saxlanılıb və 28 fevrala qədər həbsdə qalıb. Rza Zərrab bu hadisədən sonra o villada yaşamaq istəməyib. Villanı satmasada 25 milyon dollara Kandildə dəniz mənzərəli 2 köşk alıb. 4 hektar ərazi olan əkiz villa 1000 kvadrat metrdir.

Qala kimi divarlarla əhatə olunan köşklərdə son təmir işləri aparılır. Türkiyədə yaşayan iran əsilli biznesmenin mühafizəşiləri təhlükəsizliyi yüksək səviyyədə saxlayır. Rza Zərrab həyat yoldaşı müğənni Ebru Gündeşlə birlikdə tezliklə yeni əkiz köşkə köçəcək.