İsveçrə və Avstraliyadan müsəlman qadınlara qadağa

İctimai yerdə niqab geyinmək və qapalı geyimdə üzmək yasaqlanıb.
Burkini - bəzi müsəlman qadınların çimərlik geyimi
Burkini - bəzi müsəlman qadınların çimərlik geyimi

Müsəlman qadınların burkini (hər yeri qapalı müsəlman geyimi) geyərək çimməyinə qadağa qoyulub. Bu barədə qərar Avstraliyanın Hainfeld şəhərində verilib. ANS PRESS-in məlumatına görə, şəhər şurası hovuza qapalı girməyi qadağan edən layihəni dəstəkləyib. 

Bu qadağaya səbəb kimi isə hovuzların "sağlamlıq tələblərinə uyğunlaşdırılması" göstərilib. 

Hainfeld Bələdiyyəsinin başçısı Albert Pitterle qərarın üzmə qaydalarına müvafiq olaraq verildiyini deyib. 

Müsəlman qadınlarına geyimləri ilə bağlı daha bir qadağa isə İsveçrədə qoyulub. İsveçrənin italyan dilində danışılan cənub bölgəsində yerləşən Ticino şəhərində bəzi müsəlman qadınların istifadə etdiyi və bütün üzü qapayan geyimin - niqabın ictimai yerlərdə geyilməsini qadağan edilib. 

Qanuna tabe olmayanlar 100 min (157 AZN) və ya 10 (15 AZN) min frank cərimə olunacaq. 

Əslində Ticino bölgəsində 2013-cü ildə keçirilən referendumla üzü tamamilə qapayan geyim icazəsi qadağan edilmişdi. Lakin qadağa bu gündən qüvvəyə minib. 

 

Şərhlər