Rəis dünyasını dəyişdi

Məhyəddin Süleymanov təzyiqdən əziyət çəkirdi.
Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, M.Süleymanov təzyiqdən əziyət çəkirdi.

Məhyəddin Süleymanov peşəkər zabit, hərbi pilot olub. Süleymanovun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.


Balakən Aviasiya Mərkəzi

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi. Allah rəhmət eləsin.