Şimal bölgəsindəki qəzada ölən və yaralananların adları

ANS PRESS-in bölgə müxbiri qəzanın eksklüziv görüntülərini çəkib.
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

Qubada ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Qubadan İspik istiqamətinə gedən "Qazel" markalı yük avtomobili ilə BMW markalı avtomaşın toqquşub. Ölən və yaralılar var.

Şahidlərin bildirdiyinə görə, təcili yardım maşını 20-25 dəqiqədən çoxdur ki, hadisə yerinə gəlməyib və yaralılardan biri ölüb.

Quba rayon Mərkəzi Xəstəxanasının təcili yardım həkiminin deyilənlərə münasibəti isə belə oldu.

Təcili yardım həkimi Məmməd Məmmədov deyir ki, çağırışda olduqları üçün gec gəliblər.

Qəza nəticəsində BMW-nin sürücüsü, Naxçıvanın Şərur rayon sakini, 39 yaşlı Vahid Heydərov hadisə yerində keçinib. BMW-nin sərnişini, 28 yaşlı Fərhad Həsənov və "Qazel"in sürücüsü, 77 yaşlı Hamlet Əzizov, eləcə də onun ailə üzvləri, 65 yaşlı Səkinə, 3 yaşlı Nərmin, 9 yaşlı Əziz və 9 yaşlı Amin Aslanov ağır xəsarətlərlə Qubanın mərkəzi xəstəxanasına çatdırıblar.

Qəza baş verən yolda bir neçə saatlığa tıxac yaranıb.


16:55 / Şimal bölgəsində qəza: Ölü və yaralılar var

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in verdiyi məlumata görə, qəza bu gün saat 16:10-da Quba-İspik yolunun 1.5-ci kilometrliyində qeydə alınıb.

Sürücüsünün ad və soyadı istintaqla hələlik müəyyən edilməyən "Qazel" markalı yük avtomobili qarşıdan gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə yaralı var.

Hazırda əraziyə təcili yardım maşınları cəlb edilib, ölən və yaralananların adları dəqiqləşdirilir.

Qəza ilə bağlı əlavə məlumat veriləcək.

 

Şərhlər