Gözəllik kraliçasının meyiti tapıldı

Onun hansı səbədən öldüyü araşdırılır.
Fabian Niklotti - Braziliya gözəli
Fabian Niklotti - Braziliya gözəli

Gözəllik müsabiqəsinin qalibi ölü tapılıb. ANS PRESS-in məlumatına görə, Braziliyada 2004-cü ildə gözəllik kraliçası seçilən Fabian Niklottinin meyiti öz evində aşkar edilib. 

Braziliya polis müfəttişi Qustavo Barcellos bildirib ki,  31 yaşlı Niklottinin cəsədi ölkənin cənubunda yerləşən Gramado şəhərindəki evində olub. 

Niklottinin qardaşı bir müddət onunla əlaqə saxlaya bilməyib. Bundan narahat olan qardaş polisə müraciət edib. Polis dərhal əməliyyata başlayıb. İlk olaraq gözəllik kraliçasının evinə gələn polis əməkdaşları onun cansız bədənini burada aşkar ediblər.

Bədənində hər hansı bir xəsarət izi olmayan Niklottinin hansı səbəbdən öldüyü ilə bağlı cinayət işi açılıb, araşdırmalar gedir.

 

Şərhlər