Azərbaycanda araq içən kişi öldü

E.Əmiraslanovun meyiti şəhərdəki evində aşkar edilib.
Spirtli içki qəbul edən şəxs
Spirtli içki qəbul edən şəxs

Şəmkirdə birlikdə yeyib-içən qohumlardan biri ölüb. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Əlizadə küçəsi 61 ünvanında yaşayan Oqtay Əmiraslanov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı O.Əmiraslanovun qohumu Elyar Əmiraslanovla birgə sonuncunun yaşadığı evdə spirtli içki qəbul etməsi, E.Əmiraslanovun zəhərlənmədən ölməsi müəyyən edilib.

E.Əmiraslanovun meyiti şəhərdəki evində aşkar edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Zəhərlənmə nəticəsində daha bir ölüm Bakıda baş verib. Belə ki, Nərimanov rayonu ərazisində yaşayan Mətanət Mirzəyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona lazımi tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada ölüb.