Moskva məhkəməsi erməni biznesmen Levon Ayrapetyanın apellyasiya şikayətini təmin etməyib.
ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, hakim deyib ki, hökm dəyişikliksiz qüvvədə saxlanılır.
“Apellyasiya şikayəti təmin olunmur”, - deyə hakim bildirib. Ayrapetyan irəli sürülən ittihamlarla razı deyil.
Ayrapetyan 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinir. Erməni sahibkar barəsində 4 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilib.
İstintaqın versiyasına görə, Ayrapetyan Başqırdıstanın sabiq senatoru İqor İzmestyevin anasından hökmün yumşalmasında kömək üçün 700 min dollar götürüb, ancaq real olaraq hökmə təsir etməyi bacarmayıb.
Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub.
Biznesmen Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarından biridir. Levon Ayrapetyanın Roma papası Fransiskə 2015-ci ildə Vatikanda “erməni soyqırımı” ilə bağlı ayin təyin etdiyi və “soyqırım” dediyi üçün 25 milyard dollar verdiyi iddia olunurdu.