Yük qatarı sərnişin qatarına çırpılıb

Türkiyədə baş verən qəzada yaralananlar var.
İzmirdəki qatar qəzası
İzmirdəki qatar qəzası

Türkiyənin İzmir vilayətində sərnişin qatarı ilə yük qatarı toqquşub. Toqquşma zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

ANS PRESS-in məlumatına görə, sərnişin qatarı stansiyadan yola düşməyə hazırlaşan zaman yük qatarı onu arxadan vurub. Qəza nəticəsində sərnişin qatarının bir neçə vaqonu reysdən çıxıb.

Hadisə sərnişinlər arasında təlaşa səbəb olub. İnsident Türkiyədə həftə ərzində baş vermiş ikinci qatar qəzasıdır. İyun ayının 20-də Elağzı vilayətində qatar avtobusla toqquşub. Hadisə nəticəsində 5-i suriyalı olmaqla 9 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bir neçə gün öncə Türkiyədə oxşar qəza baş verib. Elazığda qatar sərnişin avtobusuna çırpılıb.

Hadisə Yurtbaşı rayonunda Tatvan - Ankara reysini həyata keçirən qatarda baş verib. Qatar keçiddə avtobusa çırpılıb. İlkin məlumata görə, 8 nəfər həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili yardım maşını cəlb edilib.

 

Şərhlər