Bakıda Türkiyə vətəndaşı öldü

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Piyada ölümü
Piyada ölümü

Bakıda Türkiyə vətəndaşı yol qəzasında ölüb. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Tural İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Əziz Özgür Acımışı vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

Piyadanın vurulması ilə nəticələnən daha bir qəza Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. Rayon sakini Bağman Əsgərov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən həmyerlisi Xankişi Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Şərhlər