Lənkərana qonaq gələn kişi 72 yaşlı məcburi köçkünü vurdu

Piyada maşının yoluna çıxıb.
Piyada keçidi
Piyada keçidi

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 189-cu km-də, yolun Digah kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Göyşaban kənd sakini, 33 yaşlı Samir Ağayev yolu keçmək istəyən Ağdam rayonundan olan məcburi köçkün, Bərdə rayon sakini 1944-cü il təvəllüdlü Qurban Yelmar oğlu Abbasovu vurub.

Ağır dərəcəli bədən xəsarətləri alan 72 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti ekspertiza olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qəzanın rayonda qonaq olan Qurban Abbasovun ehtiyatsızlığı səbəbindən baş verdiyi deyilir. Hadisə şahidlərinin bildirdiyinə görə, piyada yolun hərəkət zolağında qarşıdan gələn avtomobilin yoluna çıxıb. Qəzanın baş verməsinin dəqiq səbəbləri BDYP-nin əməliyyat və istintaq qrupunun apardığı araşdırmalardan sonra bəlli olacaq.

Ötən gün də oxşar hadisə Sabirabad rayonunda baş verib. Qaragüney kəndi ərazisində 1962-ci il təvəllüdlü Məhərrəm Süleymanov yolu keçmək istəyərkən sürücüsünün şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan 54 yaşlı kişi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Şərhlər