Əfqanıstandakı zəlzələ Azərbaycana çatdı (FOTO)

İlkin məlumata görə, yeraltı təkanlar 50-yə yaxın insanın ölümünə səbəb olub.
Bu gün Əfqanıstanda güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 7.7 bal olub.

ANS PRESS-in məlumatına görə, ölkənin şimalında baş verən güclü zəlzələ Hindistan, Pakistan, Qırğızıstan, QazaxıstanAzərbaycanda da hiss olunub.

İlkin məlumata görə, zəlzələ ancaq Pakistanda və Əfqanıstanda 88-ə yaxın insanın ölümünə səbəb olub. Yüzlərlə insan yaralanıb.
ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, Əfqanıstanda ölənlərdən 12-i azyaşlıdır.

Pakistanda sonuncu dəfə güclü zəlzələ ötən ay baş verib. Belə ki, 7.7 bal gücündə olan zəlzələ nəticəsində 350 nəfər ölüb, 705 nəfər isə xəsarət alıb. Zəlzələ nəticəsində yüzlərlə insanın itkin düşdüyü, onlarla evin dağıdıldığı da deyilir.

Qurbanların əksəriyyəti evlərin uçması nəticəsində xəsarət alıb. Yerli sakinlərin sözlərinə əsasən, zəlzələ gün ərzində bir neçə dəfə təkrar olunub. Həmin vaxtlarda uşaqlar evdə olduğundan, daha çox onlar ziyan çəkiblər.


Dağıntılar altında qalanlar


Təkanlardan iki gün sonraya kimi xilasedicilər hadisə yerində işləyiblər. Onlar ucmuş evlərin altında qalan insanlara kömək etməyə çalışıblar.

Təbii fəlakətdən sonra evsiz qalan əhaliyə humanitar yardımlar edilib. Onların müvəqqəti yaşadıqları çadırlara geyimlər, qidalar və içkilər gətirilib.


Zəlzələdən əziyyət çəkənlərə yardım

Təbii fəlakət nəticəsində Ərəbistan dənizində - Pakistanın Qvadar şəhəri yaxınlığında dənizdə ada formalaşıb.


Zəlzələ nəticəsində Pakistan yaxınlığında üzə çıxan ada

Bu regionda ən dəhşətli zəlzələlərdən biri 2005-ci ildə 8 oktyabrda baş verib. Pakistan, Hindistan və Əfqanıstanda hiss edilən zəlzələnin gücü 7,6 bal olub. Ancaq Pakistanda 86 min adam ölüb, 69 min insan xəsarət alıb. Hindistanda isə təkanların qurbanlarının sayı 1350 nəfər olub.
Pakistana dəyən ziyanın həcmi o zaman 12 milyard dollar hesablanıb. Bu Cənubi Asiyada son yüz ilin ən dağıdıcı zəlzələsi hesab edilir.