Dəhşətli qəza: 30 nəfər öldü

Hadisə yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 6:30) baş verib.
Yanan avtobus
Yanan avtobus

Çinin Xunan əyalətində dəhşətli qəza baş verib. ANS PRESS-in ria.ru saytına istinadən verdiyi məlumata görə, içərisində 56 sərnişin olan avtobus yoldan çıxaraq hasara çırpılıb. Toqquşmadan sonra avtobusda qaz sızması baş verib və maşın yanmağa başlayıb. Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə zamanı 30 nəfər ölüb. İlkin məlumatlarda isə 21 nəfərin xəsarət aldığı, 7 nəfərin isə öldüyü bildirilmişdi.

Hadisə yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 06:30) baş verib.

Polis hadisənin səbəblərinin araşdırılması üçün avtobusun sürücüsünü saxlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının aradan qaldırılmasına çalışsalar da, avtobus tamamilə yanıb.

 

Şərhlər