Avtobusla minik avtomobili toqquşdu: 6 ölü

Ölənlərdən ikisi uşaqdır.
Qəzaya urayan mikroavtobus
Qəzaya urayan mikroavtobus

Tatarıstanın Tülyaçinsk rayonunda avtomobil qəzası nəticəsində ölənlərin sayı artıb.  ANS PRESS-in məlumatına görə, xəstəxanaya yerləşdirilən xəsarət alanlardan daha bir nəfər dünyasnı dəyişib. Bununla da avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Saat 15:33

Tatarıstanın Tülyaçinsk rayonunda avtomobil qəzası nəticəsində 7 nəfər həlak olub. ANS PRESS-in məlumatına görə, hadisə "Citroen Jumper" markalı mikroavtobusla "Hyundai" minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Rusiyanın Daxili İşlər Nazirliyinin region üzrə təmsilçilərinin yerli KİV-ə bildirdiyinə görə, ölənlərdən ikisi uşaqdır. Daha 4 nəfər (bəzi məlumatlara görə isə 7 nəfər) xəstəxanaya çatdırılıblar.

İlkin ehtimala görə, qəzanın səbəbkarı minik avtomobilinin sürücüsü olub. Onun qarşı tərəfin hərəkət zolağına çıxdığı qeyd edilib.

Hadisə yerində təcili yardım, yanğınsöndürən və xilasedicilər qrupu işləyir.

Hadisə yerindən foto
Hadisə yerindən foto
 

Şərhlər