Sərxoş sürücü qəza törədib

Paytaxtın mərkəzi küçəsində avtomobil arakəsmələrə çırpılıb.
Qəza nişanı
Qəza nişanı

Paytaxtın Səbail rayonu Neftçilər prospektində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi kimi fəaliyyət göstərən "Mersedes" markalı avtomobil yüksək sürətlə gələrkən sərt döngədə idarəetmədən çıxıb. Nəticədə avtomobil trek ərazisində beton arakəsməyə çırpılıb. ANS TV-nin məlumatına görə, sürücünün yaralı olduğu bildirilib. Əraziyə post patrul və yol patrul xidmətinin əməkdaşları gəlib.

Bu zaman  sürücü ətrafdakı sakinlərin köməyi ilə qaçmaq istəyib. Bu hal isə heç kimin diqqətini çəkməyib. Yol patrul xidmətinin əməkdaşları sürücünün kimliyini araşdırıb. Məlum olub ki, qəzaya uğrayan avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı Əsgərov Ağakamal Sadiq oğludur. Araşdırma zamanı qəzada iki nəfərin bədən xəsarətləri aldığı da müəyyən edilib. Polisin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olarkən qəzanı törədib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Şərhlər