Azərbaycandan qayıdan erməni 17 yaşlı qızı öldürdü

Arsen Xocayan qıza yeddi bıçaq zərbəsi vurulub.
Boğazına bıçaq dirəmək
Boğazına bıçaq dirəmək

2014-cü ildə Azərbaycandan ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Arsen Xocayan 17 yaşlı qızı öldürüb. ANS PRESS-in məlumatına görə, erməni çobanın öldürdüyü Asthik Anisyan Loriysk vilayətinin Şnox kənd sakini olub.

Dünən gecə ağır vəziyyətdə xəstəxanaya çatdırılan erməni qızın bədənində deşilmiş- kəsilmiş yeddi dərin yara olub. Cinayətin törədilməsində şübhəli bilinən Verin Karmiraxbyur kəndinin 25 yaşlı sakini Arsen Xocayan həbs edilib. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Arsen Xocayan
Arsen Xocayan

2014-cü il martın 7-də Arsen Xocayan qoşunların təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən tutulmuşdu. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. 

Həmin il aprelin 10-da Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

 

Şərhlər