Minik maşını çaya belə aşdı

Paytaxtda baş verən qəzanın video görüntüsü aşkarlanıb.
Suda batan maşın (arxiv)
Suda batan maşın (arxiv)

Rusiyanın paytaxtı Moskvada qeyri-adi yol qəzası baş verib. Hərəkətə yeni başlamış minik avtomobili ehtiyatsızlıq nəticəsində çaya aşıb. İyun ayının 20-si yaşanan qəzanın videosu üzə çıxıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün öncə Moskva şəhərinin Naqatino - Sadovniki adlanan rayonunda baş verib. Sahilyanı Naqatinsk küçəsi ilə T-şəkilli yolda hərəkətə yeni qoşulan "Audi" markalı minik maşını yolda hərəkətdə olan avtomobillə toqquşub.

Nəticədə zərbənin gücündən "Audi" aşaraq daş arakəsməni dağıdıb. Ardınca isə Moskva çayına düşüb. Hadisə yerinə təcili olaraq Rusiya Fövqəladə Hallar nazirliyinin əməkdaşları çağırılıb.

Xilasetmə əməliyyatlarından sonra sürücünü salamat suya düşmüş maşından çıxarmaq mümkün olub. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə olmadığı vurğulanıb.

"Audi" Moskva çayına belə aşdı
 

Şərhlər