Cəlilabadda ağır yol qəzası baş verib

Yaralıların müalicəsi davam etdirilir.
Qəzadan sonra "Mercedes"in salonu
Qəzadan sonra "Mercedes"in salonu

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Bədirli kəndindən keçən hissəsində Məlikqasımlı kənd sakini Mais Əzizovun idarə etdiyi “Vaz 2106” markalı avtomobili ilə qarşıdan gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Vaz 2106”nın sürücüsü Mais Əzizov və sərnişinləri - bacısı Rəsmiyyə, Mahirə Cəfərova və həyat yoldaşı Məlahət Əzizova xəstəxanaya yerləşdirilib. Xəsarətləri ağır olan M.Əzizova orada ölüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ölkə ərazisində ölümlə nəticələnən sonuncu qəza ötən gün Ucarda baş verib. Saat 16 radələrində Ucar rayonunun Türkəçi kəndində rayon sakini Zakir Bəkirov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü  və sərnişinlərindən Soltanəli İbrahimov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

 

Şərhlər