Yüksək sürət 4 nəfərin ölümünə səbəb oldu

O, əsəbi olduğu üçün avtomobili yüksək sürətlə idarə edib.
Yaralılar təcili yardımla Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar
Yaralılar təcili yardımla Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar

Lənkəranda 4 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbkarı sürücü - Astara rayonunun  Şahağacı kənd sakini 20 yaşlı Xansu Xəlilzadə  polis bölməsinə gələrək təslim olub. O, hadisəni törətdikdən sonra  qəza yerindən qaçmışdı.

***11-40***

 Lənkəran-Boradigah  yolunun  şəhərin  Ləvəngi dairəsinə yaxın ərazisində baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, hadisəni törədib qəza yerindən qaçan  sürücü, Astara rayonunun  Şahağacı kənd sakini 20 yaşlı Xansu Xəlilzadəni saxlamaq mümkün olmasa da sürücü ilə olan iki sərnişin - Astara rayonunun Şahağacı kənd sakinləri 19 yaşlı Nasir Sultanov və həmyaşıdı Murad Hüseynovu  yaxalamaq mümkün olub. Onların xəsarətləri yüngül olduğundan hadisə zamanı qaçmağa nail ola biliblər.

Saxlanan şəxslər istintaqa verdikləri ilkin ifadədə toy mərasimində düşən mübahisə zamanı sürücünün hirsləndiyini və bu səbəbdən maşını yüksək sürətlə idarə etdiyini bildiriblər. Hazırda qəzanın əsas səbəbkarı olan sürücünün tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. 

Bundan başqa qəzada ölənlərin sayı da artıb. Hadisə zamanı ağır xəsarət alan piyada - 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Bununla da ölənlərin sayı 4-ə çatıb. Həkimlər  xəsarət alan Kənan Həsənovun da  vəziyyətini ağır qiymətləndirirlər. 

Faktla bağlı  Lənkəran rayon  polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qəza törədən "VAZ 21 099"
Qəza törədən "VAZ 21 099"

Ötən gün axşam saatlarında Lənkəran istiqamətində  hərəkətdə olan "VAZ 21 099" markalı avtomaşın çayxanadan çıxan piyadaları  yolun piyadalara məxsus hissəsində  vurub, daha sonra idarəetməni itirərək  yolun kənarındakı  şam ağacına çırpılıb.  Nəticədə 3 piyada - 37 yaşlı  İmran  İsmayılov, 28 yaşlı   Elvin Hüseynov, 21 yaşlı  Əli Cəbrayılov hadisə yerində keçinib, iki nəfər ağır bədən xəsarətləri alıb.

 

Şərhlər