Rusiyada güllələnən azərbaycanlı Lənkəranda dəfn olundu

Maarif İsmayılov həmyerlisi tərəfindən qətlə yetirilib.
Tapançadan atəş
Tapançadan atəş

Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilən iş adamının cənazəsi Azərbaycana gətirilərək dəfn edilib. ANS PRESS-in məlumatına görə, 43 yaşlı Maarif İsmayılov doğulduğu Lənkəranın Boladi kəndində basdırılıb.

Sankt-Peterburq şəhərində kütləvi dava zamanı qətlə yetirilmiş İsmayılov uzun müddətdir ki, Rusiyada çalışırmış. İsmayılovun Sankt-Peterburqda biznesi olub. İsmayılov iyunun 20-də Sankt-Peterburqda Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə baş verən kütləvi dava zamanı öldürülüb. Maarif İsmayılovu 27 yaşlı azərbaycanlı keçmiş polis işçisi Emil Hüseynov tapançadan açdığı atəşlə qətlə yetirib. 

Qətl hadisəsinin baş verdiyi Sofiyski tərəvəz bazası
Qətl hadisəsinin baş verdiyi Sofiyski tərəvəz bazası

Hadisədən sonra qaçmaq istəyən Hüseynov ticarətçilər tərəfindən yaxalanıb. Hüseynov onu yaxalayanlara İsmayılovu 10 milyon rubl (238 min manat) müqabilində sifarişlə öldürdüyünü bildirib. Hüseynov yaxalanarkən ticarətçilər tərəfindən döyüldüyündən xəstəxanaya yerləşdirilmişdi. Sankt-Peterburq məhkəməsinin qərarı ilə Emil Hüseynov barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. 

Digər versiyaya görə, hadisə borc səbəbindən baş verib. Hazırda araşdırmalar davam edir. Sofiyski tərəvəz bazası polis və OMON tərəfindən mühasirəyə alınıb. Hüseynovun 2000-ci ildə Daxili İşlər Nazirliyinin universitetini bitirdiyi, daha sonra Kirov rayonunda sahə müvəkkili işlədiyi qeyd olunur. Onun 2012-ci ilədək polisdə işlədiyi bildirilir.

 

Şərhlər