Azərbaycanda ağır qəza: 2 ölü

Hazırda FHN əməkdaşları ərazidə araşdırma aparırlar.
Qəzaya uğrayan VAZ-21011 markalı maşın
Qəzaya uğrayan VAZ-21011 markalı maşın

Ucarda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Polis Şöbəsindən ANS PRESS-ə verilən xəbərə görə, təxminən 16 radələrində rayonun Türkəci kəndində qeydə alınıb. Sürücüsü və içərisində olan iki sərnişininin şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən 34- BA- 013 dövlət nömrə nişanlı "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı ilkin məlumata görə, iki nəfər dünyasını dəyişib: “Maşın deformasiyaya uğrayıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə olan şəxslərin çıxarılması prosesini həyata keçirirlər”, - deyə şöbədən bildirdilər.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün də ölümlə nəticələnən qəza Naxçıvanda baş verib. Şərur rayonunun Vərməziyar kəndində rayon sakini Vilayət Cabbarov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Şərhlər