Belçikada 3 günlük matəm başladı

Ölkə ərazisində bütün dövlət bayraqları endirilib.
Belçikda matəm elan olunub
Belçikda matəm elan olunub

Belçikanın paytaxtın Brüsseldə baş verən terror aktlarından sonra ölkədə 3 günlük matəm  başlayıb. ANS PRESS-in Rusiyanın Birinci Kanala istinadən verdiyi məlumata görə, ölkə ərazisində bütün dövlət bayraqları endirilib. Paytaxtın mərkəzi meydanlarından birində sakinlər və turistlər anım mərasimi təşkil ediblər.

Belçika ilə yanaşı digər Avropa ölkələrində də terror qurbanları yad edilir. Bu gün həmçinin Almaniyada da dövlət bayraqları endirilib. Fransada isə bayraqlar üzərinə matəm lentaları bağlanıb. 3 günlük matəm 

Dünyanın bir çox ölkələrində , insanlar Belçika səfirliyinə gələrək başsağlığı verirlər. Rusiyanın paytaxtı Moskvada da Krallığın diplomatik nümayəndəliyinə gələn insanlar gül  və şamlar düzürlər.

Belçikada  3 günlük matəm elan olunması qərarını ölkənin daxili işlər naziri Yan Yambon elan edib. Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında  və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

İnsanlar həlak olanların xatirəsini yad edir
İnsanlar həlak olanların xatirəsini yad edir
 

Şərhlər