Xaçmazda dəhşətli qəza: ölən və yaralanan var

Minik avtomobilləri qəzadan sonra tanınmaz hala düşüblər.
Qəzadan sonra "Mercedes"in salonu
Qəzadan sonra "Mercedes"in salonu

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib.

ANS PRESS-in Şimal bürosundan verilən məlumata görə, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. "Lada Priora"nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes"lə toqquşub.

Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T.Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb.

Qəzanın təfərrüatları araşdırılır.

 

Şərhlər