Sürücünün meyiti əzilmiş maşında qalıb

Xilasedicilərin müdaxiləsi ilə onu avtomobildən çıxara biliblər.
Qəza nişanı
Qəza nişanı

Paytaxtda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytından ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə qəza ilə bağlı çağırış daxil olub.

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. Nəticədə sürücü, 1978-ci il təvəllüdlü Kamil Maqsud oğlu Musayev vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.  Əməliyyat saat 03:44-də başa çatıb.

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə yol patrul xidmətinə məxsus postun yaxınlığında qeydə alınıb.

Qəza zamanı paytaxta doğru hərəkətdə olan Qaradağ rayon sakini, 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi "VAZ 21 06" markalı avtomobili ilə beton araskəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiyaya uğrayan avtomobilin salonunda sürücü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib. Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

Xanım dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Səhiyyə ocağından verilən məlumata görə xanımın vəziyyəti orta ağırdır.

"VAZ 21 06" markalı maşın sürətlə gələrkən bax bu arakəsməyə çırpılıb. Qəza zamanı yolda avtomobil sıxlığı yaranıb. Yolda sıxlıq yaranmasın deyə, qəzaya uğramış avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.

Baş vermiş hadisə ilə bağlı ilkin avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq nə səbəbdən baş verdiyi araşdırılır.

Bakı-Sumqayıt yolunda qəza
 

Şərhlər