“Şuşa” batalyonunun erməni komandiri tutuldu

Jirayr Sefilyan aprel döyüşlərindən sonra Ermənistanda dövlət çevrilişi hazırlayıbmış.
Jirayr Sefilyan - “Şuşa” batalyonunun erməni komandiri
Jirayr Sefilyan - “Şuşa” batalyonunun erməni komandiri

“Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Məlumata görə, Sefilyan odlu silah saxlamaqda ittiham edilərək polis tərəfindən saxlanılıb. 

Keçmiş komandir, siyasi xadim silah-sursat əldə etmək, onların daşınmasını təmin etmək və qanunsuz saxlama ittihamları ilə saxlanılıb. 

Ermənistan Tədqiqat Komitəsindən verilən məlumata görə, may ayının 20-də Tsitsernakerdsk şosesində qəza baş verib. Maşınlardan birində iki ədəd "АК – 74" avtomatı və 120 patron tapılıb. Faktla bağlı cinayət işi açılıb. 

Cinayət işi çərçivəsində qısa zamanda sürücü və sərnişinin kimliyi və silahların qanunsuz daşınması şəraiti müəyyən edilib. 

Jirayr Sefilyan həm də “Yeni Ermənistan” partiyasının lideridir. 

İstintaqın məlumatına görə, Sefilyan bir qrup şəxslə əlbir olaraq silahlı hücumlar vasitəsilə binaların, rabitə vasitələrinin və kommunikasiyaların, o cümlədən İrəvandakı teleqüllənin ələ keçirilməsini planlaşdırıb. Bu məqsədlə silah-sursat əldə edilməsini və müxtəlif yerlərdə saxlanmasını təşkil edib. 

Qruplaşma üzvlərinin bəzi fəaliyyətləri aprel döyüşlərindən sonra həyata keçirməyi planlaşdırıblar. 

Cinayət işi çərçivəsində 8 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 6-sı həbs edilib. Bir nəfər axtarışa verilib. 

Jirayr Sefilyan aprel döyüşlərindən sonra Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. “Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirmişdi. 

 

Şərhlər