Bakı-Sumqayıt yolunda qəza: ölən var

Hadisə yol patrul xidmətinə məxsus postun yaxınlığında qeydə alınb.
Qəzaya uğramış avtomobil (Arxiv)
Qəzaya uğramış avtomobil (Arxiv)

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə yol patrul xidmətinə məxsus postun yaxınlığında qeydə alınb.

Qəza zamanı paytaxtda doğru hərəkətdə olan Qaradağ rayon sakini 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi "VAZ 21 06" markalı avtomobili ilə beton araskəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiya uğrayan avtomobilin salonunda sürücü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib. Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

Xanım dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Səhiyyə ocağından aldığımız məlumata görə xanımın vəziyyəti orta ağırdır.

"VAZ 21 06" markalı maşın sürətlə gələrkən bax bu arakəsməyə çırpılıb. Qəza zamanı yolda avtomobil sıxlığı yaranıb. Yolda sıxlıq yaranmasın deyə, qəzaya uğramış avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.

Baş vermiş hadisə ilə bağlı ilkin avtotexniki ekspertizia təyin edilib. Qəzanın dəqiq nə səbəbdən baş verdiyi araşdırılır.

 

Şərhlər