Maşın vuran kişi xəstəxanada öldü

Hələlik hadisənin dəqiq başvermə səbəbləri bilinmir.
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, qəza şəhərin İsmət Qayıbov küçəsi ilə Əkbər Babayev küçəsinin kəsişməsində qeydə alınıb.

Gəncə şəhəri Ozan küçəsi 17 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Akif Şükür oğlu Cəfərov yolu keçmək istəyərkən şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarəti alan 62 yaşlı kişi xəstəxananın reanimasiya şöbəsinə çatdırılsa da o, xəstəxanada dünyasını dəyişib.

Hələlik hadisənin dəqiq başvermə səbəbləri bilinmir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxşar hadisə 4 gün əvvəl Bərdədə qeydə alınıb. Rayonun Koroğlu küçəsində baş verən hadisə zamanı Qaradağlı kənd sakini 31 yaşlı Samir Nəbiyev idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Baş nahiyəsindən zərbə alan qadın elə hadisə yerindəcə dünyasını dəyişib.