Azərbaycanlılar Gürcüstana yarım milyonluq qızıl keçirmək istədilər

Qanunu pozan şəxslər həbs olunublar.
Qızıl / arxiv foto
Qızıl / arxiv foto

Azərbaycanlılar Gürcüstan ərazisinə qanunsuz olaraq yarım milyon dollar qiymətində qızıl keçirmək istəyiblər. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxslər ən yüksək əyarda olan 12 kiloqram  qızılı  və 131 min 950 dolları Gürcüstana keçirən zaman tutulublar.

"Qızıl və pul maddi sübut kimi götürülüb".

Qızılların dəyəri təxminən 490 min dollar dəyərində qiymətləndirilir. Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında deyilir ki, "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsində (Gürcüstan-Azərbaycan sərhədi) Bayram Gəncəliyev və Elman Hüseynov avtomobilin saxlanc yerində pulları və qızılları gizli  keçirməyə cəhd göstəriblər. 

Qanunu pozan şəxslər həbs olunublar.  Qızıl və pul maddi sübut kimi götürülüb. Cinayət işi “Gürcüstan gömrük sərhədindən malların keçirilməsi ilə bağlı qaydaların pozulmasına cəhd” maddəsi ilə başlanılıb. Saxlanılan şəxsi  8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Şərhlər