Qazaxıstanda atışma, şəhər sakinlərinə xəbərdarlıq edildi

Antiterror əməliyyatı bitib.
Polisləri güllələyən şəxsin saxlanma anı
Polisləri güllələyən şəxsin saxlanma anı

Qazaxıstanda bu gün səhər başlayan antiterror əməliyyatı başa çatdı. Son məlumata görə, 5 polis öldürülüb. 

Polislərə silahlı hücum edən hər iki şəxs saxlanılıb. Ölkə prezidenti Nursultan Nazarbayev bunu terror aktı adlandırıb. 

Saat 11:18

Qazaxıstanda baş verən silahlı insidentdən sonra yaralanan 7 polis reanimasiyaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə "Tengrinews.kz" saytı xəbər verir. Məlumata görə, dinc sakinlər arasında ölən və ya yaralanan olmayıb. 

Ölü sayı ilə bağlı təzadlı məlumatlar səslənir. "Reuters" iki polisin qətlə yetirildiyini yazıb. "İnterfaks" isə ölən 3 nəfərdən ikisinin polis olduğunu qeyd edib. Yerli mətbuat bir nəfərin öldüyünü bildirir.

Basqınçılar bir neçə nəfər olub. Onlardan birini saxlamaq mümkün olub. 

Şəhərdə terror təhlükəsi səviyyəsinin ən yüksək dərəcəsi (qırmızı) elan edilib. 

Almatının dəmiryol vağzalı şəhərdə elan edilən antiterror əməliyyatları çərcivəsində xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Yerli mətbuatda isə vağzal binasında partlayıcı olması barədə məlumat daxil olduğu üçün polisin hadisə yerinə cəlb edildiyi bildirilir. 

Səhər saatlarında saqqallı, qara geyimli naməlum şəxs avtomat silahdan Daxili İşlər Nazirliyinin Almalı rayonundakı idarəsinə, polis əməkdaşlarına tərəf atəş açıb. Bundan sonra o, yaxınlıqdakı taksi sürücüsünün maşınını əlindən almağa  çalışıb. Lakin sonradan silahdan atəş aça-aça küçə ilə qaçmağa başlayıb. 

Almaatıda polisləri güllələyən şəxslərdən biri
Almaatıda polisləri güllələyən şəxslərdən biri

Saat 09:46

Qazaxıstanın Almatı şəhərində polis və naməlum şəxslər arasında atışma olub. ANS PRESS-in məlumatına görə,  şahidlər iddia edir ki, atışma iştirakçılarından biri avtomobilin içində qan içində, digər ikisi isə yolun ortasında uzanıblar. Hadisə şəhərin Almalı rayonunda qeydə alınıb.

Atışma zamanı kimin yaralandığı açıqlanmır. 

Polis vətəndaşlara evlərini tərk etməməyi və hadisə rayonuna gəlməməyi  tövsiyə edir. "Bir neçə saat gözləmək lazımdır - burada əməliyyatlar aparılır" - hüquq-mühafizə orqanlarından bildirilib.

Hazırda Qazaxıstanın rəsmi qurumları bu məlumatı şərh etmirlər. 

 

Şərhlər