Narkotik üstündə saxlanılan şəxs oğurluğu da etiraf etdi

Onun rayonda 6 dəfə oğurluq etməsinin üstü açılıb.
Elnur Mirzəyev - saxlanılan şəxs
Elnur Mirzəyev - saxlanılan şəxs

Xaçmazda narkotik üstündə saxlanılan şəxs oğurluğu da etiraf edib. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs Qubanın Qəçreş kənd sakini, 39 yaşlı Elnur Mirzəyevdir.

Xaçmazda son günlər narkotiklə bağlı bir neçə əməliyyat keçirilib. Əməliyyat nəticəsində üzərindən heroin çıxan Elnur Mirzəyevin bundan əlavə rayonda 6 dəfə oğurluq etməsinin də üstü açılıb.

Xaçmaz polis şöbəsinin müstəntiqi Ramin Babayev hadisə haqqında məlumat verərək, saxlanılan Quba sakini Elnur Mirzəyevin törətdiyi oğurluq və narkotik maddə gəzdirməsi faktını polisə etiraf etdiyini deyib.

Xaçmaz polisinin narkotiklə bağlı  aha bir əməliyyatı şəhər sakini, 38 yaşlı Zahid Tahirovun saxlanılması ilə nəticələnib. Onun üzərində də heron olub.

 

Şərhlər