Güclü qasırğa Çini dağıtdı

Təbii fəlakət nəticəsində 80 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Çində qasırğa
Çində qasırğa

Güclü "Nepartak" qasırğası (Tayfun) Çini öz ağuşuna alıb. ANS PRESS-in məlumatına görə, təbii fəlakət nəticəsində 80-dən çox insan ölüb, 19 nəfər itkin düşüb. 

Qasırğa şəhərdə yolları sıradan çıxarıb və bir çox binaların aşmasına səbəb olub. Təbii fəlakətin ölkəni hansı vəziyyətə saldığını insanlar lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. 

Fəlakət nəticəsində ölənlərin sayının artması istisna edilmir. 

Qasırğanın iyulun 8-də Tayvanda olduğu deyilir. 

Tayfun - Sakit okeanın qərbində yaranan tropik siklonların yerli adıdır. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30-50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.

 

Şərhlər