Azərbaycanda ata oğlunun ayaqlarından güllələdi

Əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb.
Tüfəng
Tüfəng

Biləsuvar rayonunda ata öz oğlunu güllələyib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini, 1940-cı il təvəllüdlü Qərib Xanhüseynov yaşadığı evində aralarında yaranan ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu, 1977-ci il təvəllüdlü Xaqaniyə hər iki ayaq nahiyəsindən xəsarət yetirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha bir silahlı insident Ağstafa rayonunda qeydə alınıb. Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

 

Şərhlər