Rusiyada azərbaycanlılardan ibarət "Qara rieltor"a hökm oxundu

Dəstə üzvləri 20 dələduzluq və beş qətl epizodunda günahkar tanınıb.
Həbsxana.Arxiv
Həbsxana.Arxiv

Rusiyanın Vladimir vilayət məhkəməsi azərbaycanlılardan ibarət "Qara rieltor" qruplaşmasının üzvlərinə hökm oxuyub.  ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya baş prokurorluğu xəbər verib.

"Dəstənin başçısı 45 yaşlı azərbaycanlı Azad Məmmədov olub"

Azərbaycanlılardan ibarət dəstənin üzvləri silsilə cinayətlərdə ittiham olunublar. Dəstənin lideri Azad Məmmədov və onun sağ əli olan Cəfər Mirzəyev ömürlük azadlıqdan məhrum edilib.  

Rusiya baş prokurorluğunun verdiyi məlumata görə, dəstə üzvləri 20 dələduzluq və beş qətl epizodunda günahkar tanınıb. Onlar, həmçinin sənədlərin saxtalaşdırılması, oğurluq və soyğunda ittiham olunublar.

Dəstə tənha yaşlı insanları taparaq cinayət yolu ilə onların evlərini ələ keçirirmiş. "Qara rieltor"ların hesabında 22-dən çox zərər çəkmiş var. Dəstədən əsasən Vladimir, Sudoqod, Yaroslavlda yaşayanlar zərər görüb. Qanunsuz sazişlərdən cinayətkarlar 40 milyon rubldan çox gəlir əldə edib.

Dəstə üzvləri məhkəmədə
Dəstə üzvləri məhkəmədə

Dəstənin başçısı 45 yaşlı azərbaycanlı Azad Məmmədov olub. Məmmədovun dostlardan və qohumlardan ibarət olan qruplaşmasının on dörd üzvü olub. Qruplaşma əsasən mənzil fırıldaqlarıyla məşğul olub.

Bu planını Məmmədov həbsxanada olarkən fikirləşib. Məmmədov narkotiklərin satışına görə tutulub və 2007-ci ildə azadlığa çıxıb. Məmmədov həbsxanadan sonra Azərbaycana qayıtmayaraq Vladimirdə yaşamağa davam edib.

Vladimir vilayət məhkəməsi mayın 17-də dəstə barədə hökmünü çıxarıb. Məmmədov və Mirzəyev ömürlük həbslərini xüsusi rejimli koloniyada çəkəcəklər. Qruplaşmanın qalan üzvləri hər kəs rolundan asılı olaraq müxtəlif müddətli həbs alıb - 4,5-dən 17 ilə qədər. Ölümü ilə əlaqədar olaraq quldurlardan biri cəzadan azad olunub. Dəstənin xüsusi təhlükəli olmasıyla əlaqədar məhkəmə qapalı rejimdə aparılıb.

Analoji hadisə ötən il Moskvada yaşanıb.  Rusiya paytaxtında adam oğurluğu və quldurluqda məşğul olan azərbaycanlılardan ibarət dəstə yaxalanıb. Paytaxtın şimal hissəsində hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 3 nəfər azərbaycanlı, bir nəfər Moskva və bir Həştərxan sakini saxlanılıb.

İyunun 19-da Moskvanın Aeroport rayonunda yaşayan 62 yaşlı təqaüdçü ərizə ilə polisə şikayət edib. Təqaüdçü ərizəsində həmin gün saat 12:00 radələrində iki nəfər naməlum şəxsin “Polejayevskaya” metrosunun yaxınlığında onun 37 yaşlı oğlunu zorla avtomobilə mindirərək onu bir mənzilə aparıblar və hədə-qorxu gələrək ondan 700 min rus rubl pul tələb ediblər.

Hüquq-mühafizə orqanları cinayətin zərərçəkənin tanışları tərəfindən planlaşdırıldığını müəyyən ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Aeroport rayonu ərazisində şübhəli şəxs qismində 26-37 yaş arasında olan 3 nəfər azərbaycanlı, 40 yaşlı Moskva sakini və bir nəfər Həştərxan sakini saxlanılıb.

 

Şərhlər