Qubada poçt şöbəsi yarıldı

500 manatlıq mobil telefon və bir neçə məktub yoxa çıxdı
Quba polisi rayon ərazisində oğurluq edən 30 yaşlı Elşad Fəttahovu yaxalayıb.

ANS PRESS-in xəbərinə görə, o, axşam saat 20 radələrində Quba şəhər bazarı ərazisində Tahir Qonaqova məxsus mağazadan 68 manat dəyərində ərzaq malları və siqaret oğurlayarkən, Quba regional mühafizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis şöbəsində dindirilən zaman Elşad Fəttahovun daha bir oğurluq əməli üzə çıxıb.


Oğurlanan mallar

Quba Poliş Şöbəsinin baş müstəntiqi Mükərrəm Məmmədov ANS PRESS-ə bildirib ki, cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, E. Fəttahov bir neçə gün əvvəl 2 saylı poçt binasının pəncərəsini sındıraraq, içəri daxil olub və oradan 1 ədəd 500 manat dəyəri olan mobil telefon oğurlayıb.


Oğurlanan telefon

Mükərrəm Məmmədovun sözlərinə görə, poçtdan oğurluq edən zaman Elşad vətəndaşlara gələn 4-5 məktubu da götürüb, onların içərisində pul tapmadıqda isə cırıb atıb. Əvvəllər də oğurluq etdiyinə görə, həbsdə olmuş Elşad Fəttahov barəsində yenidən oğurluq maddəsi ilə cinayət işi açılıb.