Bakıda avtobus qəzası: yaralılar var

21 nəfərin yaralandığı aeroport yolundakı qəzanın ilkin səbəbi bilindi.
Qəzaya uğrayan avtobus
Qəzaya uğrayan avtobus

Bakı NəqliyyatAgentliyinin icitmayyətlə əlaqələr şöbəsinin müdiri   Nuridə  Allahyarova bu gün səhər saatlarında sərnişin avtobusunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi barədə açıqlama verib. O, ANS PRESS-ə açıqlamasında bildirib ki, saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sənişin daşınma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  İlk baxış zamanı  “Shacman” markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib.  

Hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza “Shacman” markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən ba verib. Beləki yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171saylı sərnişin avtobusuna çırpilib. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan "VAZ2107" markalı minik avtomobili də aşan avtobusa çırpılıb. 

Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqət saxlayır. 

Saat 12:02

Aeroport yolu kimi tanınan ərazidə baş verən qəza zamanı yaralananların sayı bəlli olub. ANS PRESS-in hüquq-mühafizə orqanlarında əldə etdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 14-ü ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Hazırda palatalara yerləşdirilən xəstələrin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Saat 09:59

Bakının Suraxanı rayonu ərazisində - aeroport yolu kimi tanınan ərazidə sərnişin avtobusu qəzaya uğrtauıb. Suraxanı Rayon Polis İdarsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 171 saylı sərnişin avtobusu ilə yük maşını toqquşub. Hadisə yerinə idarənin polis əməkdaşları cəlb edilib.

Avtobusda olan sərnişinlər arasında yaralaıların olduğu bildirilir. Əraziyə cəlb edilən təcili tibbi yarım maşınları yaralıları xəstəsaxanaya daşıyır.

Hazırda təxminən 10 nəfərin xəstəxanaya çatdırıldığı deyilir.

Bakıda sonuncu belə insan xəsarəti ilə nəticələnən avtobus qəzası aprel ayında qeydə alınıb. Nizami rayonunun ərazisində - metronun Qara Qarayev stansiyası yaxınlığında 36 və 62 nömrəli avtobuslar toqquşub. Hadisə zamanı  13 nəfər xəsarət alıb.

Hadisədən sonra qəzaya uğrayan 62 saylı avtobusu idarə edən İsmayılov Anar polis əməkdaşları tərəfindən saxlanılıb.  Qəzaya səbəb avtobuslardan birinin işıqforun qırmızı işığında yolu keçməsi olub. 

 

Şərhlər