Şəmkirdə dəhşətli yol qəzası: ölənlər var

Yaralılar və həlak olanlar bir ailənin üzvləridir.
Qəza (arxiv)
Qəza (arxiv)

Şəmkirdə iki avtomobilin toqquşub. Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb.

ANS TV-nin məlumatına görə, Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə “VAZ” markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobillərdə olan 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanın bildirdiyinə görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölən 4 nəfərin bir ailənin üzvləri olduğu bildirilir.

Şəmkirdə dəhşətli yol qəzası
 

Şərhlər