Atatürk hava limanının qarşısı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra xalq meydanlara çıxıb. ANS PRESS-in məlumatına görə, xalq Atatürk hava limanına doğru hərəkət edib.
İnsanlar tankların üzərinə çıxaraq hərbçiləri geri çəkilməyi tələb ediblər. Bundan sonra, tankların bir hissəsi geri çəkilməyə məcbur olub.
01:37 / Atatürk hava limanı bağlandı
Türkiyədə Atatürk Hava limanı bağlanıb. ANS PRESS-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hava limanında bütün uçuşlar təxirə salınıb.
Vətəndaşlar iki tankı ələ keçirib