Qardaş 22 yaşlı bacısının boğazını kəsdi

Əlizadənin vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.
Cəmilə Valeh qızı Alızadə
Cəmilə Valeh qızı Alızadə

Tərtərdə qardaşın doğma bacısının boğazını kəsməsinin bəzi təfərrüatları məlum olub.

Zərərçəkənin qohumları ANS PRESS-ə verdikləri məlumata görə, Cəmilə Alızadə evlidir və onun iki azyaşlı  övladı var.

Bildirdilər ki, adı hələlik məlum olmayan şəxs Cəmilənin qardaşı Taleyə zəng edərək bacısının telefonla başqa şəxslərlə yazışdığını bildirib.

Bundan hiddətlənən qardaş bacısının evinə gedərək onun boğazını kəsib. C. Əlizadənin vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

 


16:37 / Qardaş 22 yaşlı bacısının boğazını kəsdi

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, Taleh Valeh oğlu Alızadə aralarında yaranan mübahisə zəminində bacısı 1994-cü il təvəllüdlü Cəmilə Valeh qızı Alızadənin boğazını kəsib. Ağır bədən xəsarətləri alan qadın dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu qiymətləndirilir.

Polis idarəsindən onu da bildirdilər ki, hadisəni törədən Taleh Alızadə polis əməkdaşları tərəfindən tutulub və istintaqa ilkin ifadəsində bacısını qısqanclıq zəminində bıçaqladığını deyib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.

Cəmilə Valeh qızı Alızadə - qardaşı tərəfindən bıçaqlanan qız
Cəmilə Valeh qızı Alızadə - qardaşı tərəfindən bıçaqlanan qız
 

Şərhlər