Kişi sevgilisinin gözləri qarşısında öldürüldü

Restoranın təhlükəsizlik kameralarına düşən qətlin videoları sosial şəbəkədə hər kəsi dəhşətə gətirib.
Silahlı hücumun baş verdiyi an
Silahlı hücumun baş verdiyi an

Türkiyənin Samsun şəhərində 37 yaşlı kişi sevgilisinin gözləri qarşısında qətlə yetirilib. Axşam saatlarında restoranların birində sevgilisi ilə yemək yeyən Umut Şimşək silahlı hücuma məruz qalıb.

Restoranın təhlükəsizlik kameralarına düşən qətlin videoları sosial şəbəkədə hər kəsi dəhşətə gətirib.

17 yaşlı gənc soyuqqanlı bir şəkildə arxasında gizlətdiyi silahı çıxararaq cütlüyün əyləşdiyi masaya yaxınlaşır və 6 dəfə atəş açır. Bundan sonra yerə yıxılan Umut Şimşək ağır yaralanır. Daha sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücum zamanı yerə yıxılan gənc qızın vəziyyətinin isə yaxşı olduğu, onun heç bir güllə yarası almadığı deyilir.

 Faktla bağlı araşdırmalara başlayan Samsun polisi qatilin şəxsiyyətini artıq müəyyən edib. Polis onun həbs edilməsi istiqamətində ciddi axtarış işlərinə başlayıb.

Qətlin təhlükəsizlik kameralarına düşmüş kadrları
 

Şərhlər