Zaqatalada dövlət qurumlarının yerləşdiyi bina yandı

Bitişik mağaza yanğından mühafizə olunub
Bu gecə Zaqatala rayonunda dövlət qurumlarının yerləşdiyi inzibati bina yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zaqatala rayonu, Kəpənəkçi kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb.

Bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Ən çox oxunan