Dəhşətli partlayışda ölənlərin sayı durmadan artır (VİDEO, FOTO, YENİLƏNİB-2)

20 yanğınsöndürəndən isə hələlik heç bir xəbər yoxdur.
Çin dövlət televiziyasının yaydığı məlumata görə, partlayışda ölənlərin sayı durmadan artır. Belə ki, artıq 42 nəfərin ölməsi barədə xəbər veriilir.

ANS PRESS-in məlumatına görə, yaralıların da sayı artaraq 400 nəfəri keçib.

Bildirilir ki, Tyantsin şəhərində yanacaq anbarında 30 saniyə intervalla iki güclü partlayış olub, daha sonra şiddətli yanğın başlayıb. Hadisə yerinə 100-ə yaxın yanğınsöndürən maşın cəlb olunub. 20 yanğınsöndürəndən hələlik xəbər yoxdur.




Yanacaq anbarında yanğın hələ də davam edir


...07:40...

Avqustun 12-də axşam saatlarında Çində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, Çin dövlət televiziyası xəbər verir ki, ölənlərdən 17 nəfəri sakin, 3 nəfəri isə yanğınsöndürəndir.

Partlayış nəticəsində 38 nəfəri ağır olmaqla 300-dən çox adam yaralanıb.


Partlayış baş verən ərazi


...04:17...

Çinin Tyantsin şəhərində baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

ANS PRESS-in məlumatına görə, partlayış zamanı 13 nəfər ölüb. Ölənlərin sayının artacağı ehtimal edilir.

Yanğınsöndürənlər hələ də partlayışdan sonra yaranan alovun qarşısını ala bilməyib.


...01:23...

Çinin şimalında Tyantsin şəhərində güclü partlayış baş verib

ANS PRESS-in məlumatına görə, partlayış yanıcı maddələr olan anbarlardan birində baş verib.

Nəticədə 300-400 nəfər ciddi xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Partlayış yerli vaxtla saat 23.30-da baş verib. Şahidlərin sözlərinə görə, partlayış bəzi evlərin pəncərələrini sındırıb.

Hadisənin səbəbləri məlum deyil

Oxşar hadisə 2013-ci ilin sentyabr ayında Çinin cənubunda Quansi muxtar bölgəsinin Quylin şəhərində baş verib.