Şeyxin tutulma anının görüntüləri yayıldı

Din xadimi terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb.
Mahmud Velitov
Mahmud Velitov

Ötən gün Rusiya paytaxtında saxlanılan Moskva məscidinin imamı Mahmud Velitovun tutulma anını əks etdirən videogörüntü yayılıb. ANS PRESS-in məlumatına görə, paytaxtın "Yardam" məscidinin imamı sənədlərin yoxlanması üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra onun maşınında aparılan axtarış zamanı Rusiyada qadağan olunan dini ədəbiyyat tapılıb. Moskva məscidinin imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb. Mahmud Velitov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) ilə ittiham edilir. Araşdırmalar davam edir.

Vəkil Daqir Həsənov "Facebook" sosial şəbəkəsində özünün şəxsi hesabında bildirib ki, imam ötən gün saxlanılıb və elə həmin gün əməliyyatçılar onun üzərində və evində axtarışlar aparıblar.

"Şeyx Mahmudun cəzası sübuta yetiriləcəyi təqdirdə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun barəsində bu gün həbs-qətimkan tədbiri seçiləcək".

Tapılan dini ədəbiyyat
Tapılan dini ədəbiyyat
 

Şərhlər