Məscidin nəzir qutusundan oğurluq edildi

Polis əməliyyatı nəticəsində həmin şəxs tutulub.
Məscid
Məscid

Zaqatala rayonunda nəzir qutusundan oğurluq edən şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.

Bir neçə gün əvvəl də polis əməkdaşları nəzir qutularına qənim kəsilən şəxsləri saxlayıb. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

Həmin şəxslər şəhər sakinləri İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyevdir. 

Qubada qarət edilmiş nəzir qutusu
Qubada qarət edilmiş nəzir qutusu
 

Şərhlər