Bakı metrosunda intihar, kişi qatarın altında qaldı (YENİLƏNİB, FOTO)

Özünü qatarın altına atan şəxsin adı bilinib.
Bu gün səhər saat 11 radələrində Bakı Metropoliteninin "Əhmədli" stansiyasında intihar edən şəxsin adı bilinib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur. O, Qazax rayonundandır.
Meyit artıq çıxarılıb.

Qatarların hərəkət qrafikində heç bir problem yaranmayıb.


Hadisə yerindən foto


Saat 11:40

Bakı metrosunda intihar hadisəsi baş verib. Metropolitenin Mühafizə üzrə Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 11 radələrində olub.

İntihar Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.

"40-45 yaşlı kişi özünü platformaya yaxınlaşan qatarın altına atıb. O, hadisə yerindəcə ölüb".

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır. Onun şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Bənzər hadisə ötən ilin sentyabr ayında da baş vermişdi. Bakı Metropoliteninin "28 May" metrostansiyasında bədbəxt hadisə baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 20 yaşlı bir oğlan özünü qatarın altına atıb. İntihar edən şəxs hadisə yerindəcə dünyasını dəyişib.

İntihar edən şəxsin 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviç olduğu bildirilib. O, Rusiya vətəndaşı olub.