Dərmandan növbəti zəhərlənmə

30 yaşlı kişi xəstəxanaya huşsuz vəziyyətdə gətirilib.
Gəncə sakini dərmandan zəhərlənib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü Tofiq Seymur oğlu Abdullayev huşsuz (koma) vəziyyətdə xəstəxanaya gətirilib. Tibbi yardım göstərilən Tofiq Abdullayevin dərmandan zəhərləndiyi məlum olub. Onun çox sayda müxtəlif dərmalar içdiyi bildirilir. Hazırda 30 yaşlı kişinin vəziyyəti normaldır.

Onun dərmanları hansı səbədən içdiyi hələlik məlum deyil.

Faktı Gəncə polisi araşdırır.

Oktyabrın 7-də də dərmandan zəhərlənmə baş vermişdi. Tibbi pereparatlardan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Elvin Gözəlov orada dünyasını dəyişmişdi.

Sentyabr ayında paytaxt ərazisidə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərman zəhərlənməsi ilə əlaqədar ümumilikdə 12 xəstə müraciət edib. Onlardan 3-ü azyaşlı uşaq olub. Böyüklərdə qeydə alınan 9 zəhərlənmə faktı dərmanın kəskin allergik reaksiyası və əlavə təsiri ilə bağlı olub.

Həmçinin oxuyun: Ölümə aparan dərmanlar