Rusiyada azərbaycanlılar həmyerlilərini döyərək öldürdü

Hadisəni törədən şəxslər tutulub.
Kütləvi dava.Arxiv
Kütləvi dava.Arxiv

Rusiyada həmyerlilərini döyərək öldürən 4 azəbaycanlı tutulub. Onlar Moskva ətrafındakı Voskresenski rayon hakiminin qərarı ilə həbs ediliblər. ANS PRESS-in bildirdiyinə görə, bu barədə Moskva vilayət məhkəməsinin saytında məlumat verilib.

Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Tağıyev, Əlizadə, Əliyev və Mustafalı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma)  ittiham ediliblər.  Məhkəmə onlar barəsində qeyd edilən maddə üzrə həbs-qətimkan tədbirini seçib.

Yazıda qeyd olunur ki, iyunun 25-də şübhəli şəxslər bazarda olarkən öz həmyerlilərini döyüblər. Ağır xəsarət alan şəxs ölüb. Vəsatətə baxılarkən məhkəməyə onların xarici ölkə vətəndaşları olduğu, Rusiya Federasiyasında yaşayış yerləri və gəlir mənbələri olmadığı barədə məlumat təqdim edilib.

 

Şərhlər