Gürcüstanda erməni ailə qətlə yetirildi

Ana və 3 uşağını öldürən şəxs də erməni olub.
Qətl (arxiv)
Qətl (arxiv)

Gürcüstanda öldürülən erməni ailənin qətlinin bəzi təfərrüatları məlum olub. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan özü də ermənidir. Onun 24 yaşı var. Şübhəli şəxs evlidir və ailəsi ilə birlikdə həmin kənddə yaşayır.

Qətlin təfərrüatları barədə Gürcüstan parlamentinin deputatı Qenzel Mkoyan məlumat verib. O, deyib ki, evə zorlama və oğurluq etmək üçün giriblər. “Qız oyanıb və qışqırıb. Evə daxil olan şəxs isə əvvəl qızı, daha sonra isə oğlanı öldürüb. Sonra qazı açıb, qapı və pəncərələri bağlayıb. İçəridə qalanlar qazdan zəhərlənərək  boğlub”.

Oğru ev sahiblərinin müqaviməti ilə üzləşdikləri üçün onları öldürüb. Saxlanılan şəxs iki mobil telefon da oğurlayıb, lakin sonradan onlardan birini sındırıb. 

Saat 13:07

Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda erməni ailəsi qətlə yetirilib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər erməni ailənin bütün üzvlərini qətlə yetirib.

Hadisə nəticəsində ana - 37 yaşı Ofeliya Kaçatyani ilə yanaşı, onun 5, 16 və 18 yaşlı uşaqları öldürülüb.

Hadisənin səbəbləri məlum deyil. Amma ilkin ehtimala görə, ana və böyük qız küt alətlə öldürülüb. Digər iki uşağı isə boğaraq öldürüblər.  

Kriminalistlər hadisə yerində araşdırmaları davam etdirirlər. Məlumata görə, ailənin başçısı Rusiyada yaşayır. O, hadisə zamanı evdə olmayıb. Faktla bağlı cinayət işi açılsa da Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yaymayıb. 

Ötən il yanvarın 12-də əsgər Valeri Permyakov Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi hissəsi yaxınlığında bir ailənin 7 üzvünü qətlə yetirib.

O, Ermənistandan Türkiyə ərazisinə keçməyə cəhd göstərən zamanı sərhədçilər tərəfindən tutulub.

İstintaqın ilkin məlumatına görə, Gümrüdəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib.

Bundan sonra o, şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib. 6 aylıq uşağı isə yaralayıb. lakin həkimlərin bütün səylərinə baxmayaraq uşaq xəstəxanada keçinib. 

Valeri Permyakov
Valeri Permyakov

Səs-küylü qətl hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçirilib. İrəvan və Gümrüdə nümayişlərə qatılan fəallar Gümrü bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Rus hərbçinin məhkəməsi hələ də davam edir. 

 

Şərhlər