Qohumunu bıçaqlayan şəxsin qolu qandallanıb. Qanlı hadisə Abşeron rayonu ərazisində baş verib. 21 yaşlı qəsəbə sakini oğlan anasının haqqında xoşagəlməz söz deyən qohumunu bıçaqlayıb.
ANS TV-nin məlumatına görə, Qobu qəsəbə sakini olan 21 yaşlı Elnur Şıxməmmədov Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən qohumunu bıçaqladığına görə saxlanıb. Elnurla söhbət zamanı müəyyən edilib ki, onun cinayəti törətməsinə səbəb atasının xalasıoğlu olan Meydanın anası haqqında dediyi xoşagəlməz şayiələr olub.
Neft daşlarında işləyən Elnur şayi.lər haqqında isə səhər saatlarında işdən evə gələndə anasından öyrənib. Daha sonra o, qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna çağırıb.
"Ailəm mənsiz də dolana biləcək, peşmançılığım yoxdur".
Ailəsini öz gücünə dolandıran Elnur aprel ayında evləndiyini deyir. Törətdiyi cinayətə görə peşmansanmı sualına isə Elnur özünə məxsus şəkildə cavab verib.
Elnurun bu əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirdiyindən, onu 3 ildən 8 ilə kimi həbs cəzası gözləyir.